ATGTİ-də Reyhan Mirzəzadə ilə görüş keçirildi

ATGTİ-də Reyhan Mirzəzadə ilə görüş keçirildi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində "Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi" kitabının müəllifi, publisist-politoloq Reyhan Mirzəzadə ilə gənclərin görüşü keçirilib. SİA-nın məlumatına görə, ilk öncə ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev politoloqu gənclərə təqdim etmiş, onun fəaliyyəti haqqında məlumat verib. Daha sonra politoloq öz çıxışını edib.

Politoloq Reyhan Mirzəzadə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinindən danışmış, onun azərbaycançılıq ideologiyasının formalaşmasında əsaslı rolu olduğunu qeyd etmişdir. O, öz çıxışında Azərbaycan Türkiyyə qardaşlıq münasibətlərinin tarixini vurğulayıb. Politoloq həmçinin, Azərbaycanın digər ölkələr ilə diplomatik əlaqələrindən söz açıb, ölkəmizin indiki siyasi durumu haqqında gənclərin bir sıra suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə