Almaniyanın CDU partiyasından olan parlament üzvü, CDU/CSU koalisiyasının daxili işlər üzrə mətbuat katibi Stefan Mayer Ermənistan qoşunlarının təmas xətti boyunca Azərbaycanın mövqelərinə və mülki əhalinin məskunlaşdığı kənd və qəsəbələrə ağır silahlardan atəş açmasına münasibət bildirib.
S.Mayer Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında bildirib ki, günahsız insanlar arasında çoxlu sayda itkilərin qarşısını almaq üçün bütün zorakılıq halları birmənalı şəkildə pislənilməlidir.
"Cənubi Qafqazda sabitliyin davamlı xarakter daşıması çox vacibdir və bu, Almaniya və Avropanın strateji maraqları kontekstində prioritet təşkil edir. Xüsusilə hazırkı hərbi münaqişə kontekstində beynəlxalq ictimaiyyətdən və ATƏT-in Minsk qrupundan problemin sülh yolu ilə həllinə nail olacağını səbirsizliklə gözləyirəm. Təbii olaraq bu həll yolu beynəlxalq hüququ və, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini əks etdirməlidir", - deyə o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB