Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası mayın 18-də "Silk Way" şirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı məlumat yayıb. Administrasiyadan daxil olan məlumatda deyilir: "Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə "Silk Way" şirkətindən icarəyə götürülən "An-12" yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub. Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə edilib. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB