Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Təhsil Nazirliyinin, İnsan Alverinə Qarşı QHT koalisiyasının təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə regionlarda insan alveri ilə mübarizəyə dair təşkil olunan silsilə tədbirlər davam etdirilib.
"Regionlarda insan alveri sahəsində maarifləndirmə və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi" layihəsi çərçivəsində növbəti belə tədbirlər mayın 16-18-də Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında, bu şəhərdəki və Balakəndəki internat məktəblərində keçirilib.
Tədbirlərdə Baş İdarənin əməkdaşı polis kapitanı Rafiq Məmmədov, İnsan Alverinə Qarşı QHT koalisiyasının və "XXI Əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, koalisiyanın Qax, Zaqatala, Balakən rayonlari üzrə əlaqələndiricisi Asif Bayramov, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktor müavinləri Füzuli Sədinov, Həqiqət Qədimova, pedaqoji fakültənin dekanı Xəzəngül Babayeva, Zaqatala və Balakən şəhər internat məktəblərinin direktorları Sevda Cabbarova və Bəsirət Nastakalova çıxışlar ediblər.
Çıxışlarda dövlətimizin başçısı İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edildiyi diqqətə çatdırılıb. Həmçinin insan alverinin ağır nəticələri, ona qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə ətraflı məlumat verilib.
Sonda müəllimləri və tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara mövzuya aid bukletlər paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB