Sabah saat 09:00-dan etibarən gün ərzində Bakı şəhərinin Azadlıq prospekti, 161a-191 və Cəfər Xəndan küçəsi, 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, sözügedən küçələrdə yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar yeni çəkilən su xətləri mövcud şəbəkəyə birləşdirilir.
"Azərsu" yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB