Abunəçilərin diqqətinə çatdırılır ki, yol infrastrukturunun yenidən qurulması ilə əlaqədar Azadlıq prospekti və Cəfər Xəndan küçələrində yeni çəkilmiş su xətləri mövcud şəbəkəyə birləşdirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, bununla əlaqədar 19 may 2016-cı il tarixində saat 09:00-dan etibarən gün ərzində Azadlıq prospekti 161a-191 və Cəfər Xəndan küçəsi 26-28 ünvanlarına içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Qeyd edək ki, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB