Adınızın baş hərfi "Ç" ilə başlayırsa, çox enerjili birisiniz. Adı "Ç" hərfi ilə başlayan insanların ən böyük özəllikləri sabit fikirli olmalarıdır. İnadkar və olduqca ağıllı insanlardır. Öz düşüncələrinin daim doğru olduğuna inanırlar. Hədəfləri daim yüksəkdir. Məqsədlərinə çatmaq üçün dəyər verdikləri insanlardan kömək istəməkdən çəkinmirlər.
Adınızın baş hərfi "D" ilə başlayırsa, insanlara kömək etməyi xoşlayırsınız. Bu insnlar hər bir mövzuda tarazlığı qoruya bilir. Eyni zamanda, bu insanlar ayın təsiri altında olduğu üçün onlar çox həssas olurlar. Ailə, sevgi, sədaqət onlar üçün hər şeydən önəmlidir. İnadkar olmaları isə onların ən mənfi xüsusiyyətidir deyə bilərik. Bildikləri yolda getməkdən əsla dönməzlər.
Adınızın baş hərfi "E" ilə başlayırsa, isti qəlbli, sevgi ilə yaşayan, şəfqətli insanlarsınız. Bu insanlar özlərini çox sevdikləri üçün bəzən aqresiv ola bilirlər. Bu hərf Merkuri və Əkizlər bürcünün təsiri altında olduğu üçün ağıllı və ünsiyyətçildirlər. Xəyal gücləri o qədər qüvvətlidir ki, bəzən reallıqla xəyalı qarışdırırlar. Sevinc və kədər onlarda eyni zamanda yaşanır. Yeni fürsətlərə daim açıq olduqları üçün bəzən tələsib tez qərar verirlər. Bu səbəbdən tez-tez yanlış addımlar atırlar.
Bu, yazımızın sadəcə bir hissədir. Əvvəli yazılarımızı (A,B,C hərflərini) oxumaq istəyirsinizsə, aşağıdakı linkə daxil ola bilərsiniz. ( http://news.atv.az/az/social/68957-adinizin-bas-herfine-gore )
Digər hərfləri də növbəti günlər təqdim edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB