Vəzifəli şəxsin oğlu 13 yaşlı qızın intim şəkillərini yaydı FOTOLAR

Vəzifəli şəxsin oğlu 13 yaşlı qızın intim şəkillərini yaydı FOTOLAR

Rusiyanın Tümen şəhərində yeniyetmələrin əyləncə zamanı lentə aldıqları məktəbli qızın intim fotoları məzə obyekti olaraq sosial şəbəkələrdə yayılıb. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, vəzifəli şəxsin 17 yaşlı yeniyetmə oğlu, sinif yoldaşları ilə birgə 13 yaşlı məktəbli qızın intim fotolarını sosial şəbəkədə yayıblar.

Belə ki, sərxoş olanadək spirtli içki qəbul edən gənc qız, oğlan dostları tərəfindən lüt soyundurulub. Daha sonra huşsuz vəziyyətdə olan məktəbli qızın intim vəziyyətdə şəkilləri çəkilib, sosial şəbəkələrdə paylaşılıb.

Hissləri təhqir olunan və məzə obyektinə çevrilən 13 yaşlı məktəbli qızın fotoları ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Rusiya Uşaq Ombudsmanı Pavel Astaxov açıqlamasında bildirib ki, yetkinlik yaşına çatmayan 13 yaşlı məktəbli qızı təhqir edən yeniyetmələr mütləq cəzalandırlılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə