İnternetdən asılılıq insan həyatını necə məhv edir? TƏHLİL

"Sosial şəbəkələrin əsirinə çevrilmiş şəxsin psixologiyası tamamilə alt-üst olmuş durumdadır, belə insanlar real həyatdan uzaqdırlar"
İnternetdən asılılıq insan həyatını necə məhv edir? TƏHLİL

Həyatımızı internetsiz təsəvvür etmək, demək olar ki, qeyri-mümkündür. Əgər 1 saatlıq internet dayandırılsa, nələrin yaşanacağını düşünmək elə də çətin deyil. İnternet həyatımızın elə bir tərkib hissəsinə çevrilib ki, sanki internet olmadan heç bir əməli fəaliyyət göstərmək olmaz. Şübhəsiz ki, hər kəs internetdən öz intellektinə uyğun şəkildə istifadə edir. Bu gün əksər yazışmalar, məhz internet üzərindən həyata keçirilir, məlumatların böyük bir qismini internet vasitəsilə əldə edirik, sosial şəbəkələrdə statuslar yazırıq, sevincli-acılı anlarımızı burada müxtəlif sözlərlə, şəkillərlə ifadə edirik və sairə. İnternetin gətirdiyi bədbəxtlik sağalmaz yara kimi insanı məhv edir. İnternet aludəçiliyi insanı real həyatdan uzaqlaşdırır, onun ətrafı görmək imknalarını sıfıra endirir və sərbəst düşnmə qabiliyyətini tamamilə məhv edir. Twitter, Instagram, Vkontakte, Facebook, Whatsapp, Tumblr, WeChat, Odnoklassniki, eləcə də bu qəbildən olan digər sosial şəbəkələrin bir çox istifadəçiləri özləri də fərqinə varmadan asta-asta real həyatdan uzaqlaşır, son nəticədə isə, irtual dünyanın əsirinə çevrilirlər. Metroda, marşurtda, ümumiyyətlə ictimaiyyət arasında biz hər gün, hər saat virtual aləmin əsirinə çevrilənlərlə rastlaşırıq. Məsələn, bir gənc qız əlində telefonla yol yeriyir, başı virtual aləmə o qədər qarışıqdır ki, pul qabının çantasından düşməsini hiss etmir, qırmızı işıqforda başı aşağı yol keçir, ailə üzvləri yanından keçərkən, onu səsləyir, amma eşitmir və s. Bir neçə il bundan öncə Çin dövrləri internet istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Lakin heç bir nəticə əldə olunmadı. Hazırda Çində təkcə 200 minə yaxın ineternet-kafe fəaliyyət göstərir. Yaponiyada əhalinin 95%-i internet istifadəçisidir. Bu ölkədə internetdən səmərəli şəkildə isitfadə edənlərlə yanaşı, virtual aləmin əsirinə çevrilən milyonlarla insan var. Araşdırmalar göstərir ki, Azərbaycanda internet aludəçiləri arasında ən populyar saytlar facebook, yahoo, gmail, mail.ru saytlarıdır ki, onlar arasında facebook liderlik edir. Hazırda ölkədə ən çox istifadə olunan sayt facebookdur. Facebookun Azərbaycan istifadəçilərinin sayı 1 milyondan artıqdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, internet aludəçiliyinin əsas səbəbi mənəvi çatışmazlıqlar, darıxma hissi, məsuliyyətsizlik və məqsədsizlikdir.

Rahil Həsənovun (bərbər) 36 yaşı var, internetdən istifadə etməsini belə izah edir: "Əvəllər gün ərzində 15-20 insanın saçını kəsirdim. İndi 1-2 nəfər olsa böyük şeydir. Günümün böyük hissəsini internetdə keçirirəm. Hətta bəzən olur ki, müştəri stulda oturub mənim internetdən nə vaxt çıxacağımı gözləyir. 3 telefonum var, hər gün bu telefonlardan biri ilə 9-10 saat danışıram, o birisi ilə də paralel olaraq iunternetə girirəm. Başa düşürəm ki, düz eləmirəm, artıq mənə saçını kəsdirən insanlar da daha gəlmir".

Ləman Hüseynova (tələbə) hesab edir ki, virtaul aləm olmasa, həyat da olmaz: "Bəli, mən dərsdə məruzələri yazmıram, kimdənsə xahiş edib yazdqıalrının şəkillərini telefonla çəkirəm ki, oxuyum. Ancaq onu da oxumuram. Əsas odur ki, internet var, istədiyim məsələ haqqında məlumat ala bilərəm. Hər gün facebookda 70-80 status, şəkil paylaşıram. Yalnız yatanda internetdə olmuram, o da cəmi 3-4 saat, tez-tez oyanıb telefonumu, planşetimi yoxlayıram. Mənə maraqlıdır ki, şəklimi, yazdıqlarımı nə qədər insan "like" edib".

Asəf (taksi sürücüsü): "telefonda internetdən həddindən artıq çox istifadə edirəm. Maşın sürə-sürə odnoklassnikə girirəm. Yazılanları oxuyuram. 4 dəfə başqasının maşınını vurmuşam, başım internetə qarışıq idi. Özümdən asılı deyil. Evə gedəndə də, uşaqlar başıma çıxır ki, oynasınlar, amma mənim bir gözüm telefondadır. Belə də ki, narazı deyiləm".

"Yanında maşın qəza törədir, sürücünü maşından çıxarmaq əvəzinə tez onun şəklini şəkib səhifəsində paylaşır və yoluna davam eləyir"

İnternet aludəçiyli ilə bağlı "SƏS" qəzetinə danışan psixoterapevt-psixoloq Aydın Vahabov hesab edir ki, bir neçə ildən sonra dünya daha böyük problemlə üz-üzə dayanacaq: "Çünki bütün əksər ölkələrdə bütün həyatını internetdən tamamilə asılı edən milyonlarla insanlar var. Baxın, Çində son bir neçə ay ərzində virtual aləmdə aldığı travmalar ucbatından 2 mindən artıq insan intihar edib. Bu hal Avropada, xüsusilə, İsveçrədə daha acınacaqlıdır. İsveçrə intihar hallarına görə dünyada ilk yerlərdən birini tutur. İsveçrədə hər il yaşı 14-24 arasında olan gənclərin 10 min nəfərə yaxını özünü öldürməyə cəhd edir. Bunun böyük hissəsi, məhz virtual aləmin istifadəçilərinin payına düşür. Araşdırmalar göstərir ki, bütün ölkələr üzrə intihar edənlərin 80 faizi bu niyyətini sosial şəbəkələrdə öncədən bildirir. Onlar ya sosial şəbəkələrdə həyatdan bezdiklərini, onlar üçün hər şeyin maraqsız olduğunu yazırlar, ya da bu barədə kiməsə deyirlər. Ancaq çox adam bunu ciddi qəbul etmir. Ailə üzvlərinin normal bilikləri olsa, onlar uşaqlarının hansısa psixoloji problemləri olduğunu anlayar, problemləri ilə maraqlanar. Gəncləri virtual aləmdən uzaq tutmaq lazımdır. Bu gün gənclər yol boyu baş aşağı yeriyir, hər kəsin əlində telefon. Onlara maraqlı deyil ki, ətrafında nələr baş verir. Təsəvvür edin, yanında maşın qəza törədir, sürücünü maşından çıxarmaq əvəzinə tez onun şəklini şəkib səhifəsində paylaşır və yoluna davam edir".

"Virtual aləmin əsirinə çevrilənlər təbiətdə çox olmalı, canlı ünsiyyətə can atmalıdırlar"

Psixoloq Dəyanət Rzayev qəzetimizə açıqlamasında bildirib ki, 5-10 ildən sonra internetdən asılılıq da bir xəstəlik kimi qiymətləndiriləcək: "Bu sahədə vəziyyət yaxşıya doğru getmir. Virtual aləmin asılılığından, insternet asılılığından azad olmaq lazımdır. Bunun üçün mütləq canlı ünsiyyətə üstünlük verməlidirlər, təbiətdə çox olmalıdırlar. Çünki bu asılılıq insanın ailəsi daxilində və ətrafında çox ciddi problemlər yaradır".

Sosioloq İbrahim Səxavət bildirib ki, internetdə iki saat yarımdan artıq vaxt keçirtmək asılılıq yaradır: "Artıq dünyada asılılıqlar sırasında internet dördüncü yeri tutur. İnsanın qarşısında konkret məqsəd olmalıdır. Bu məqsəd ailədə, məktəbdə formalaşır. Ailədən və məktəbdən uzaq insan məqsədli ola bilməz. Məqsədsiz insan daha asan, səs-küysüz, problemsiz işlərlə məşğul olmaq istəyir. İnsanın həyata, işə və təhsilə marağı olmalıdır. Bütün bunlar olmadığına görə, bu zaman insan pis adətlərə tez alışır. Məsələn, gecə-gündüz, saatlarla internetdə olmaq olduqca pis vərdişdir. Bu, insan mənəviyyatını şikəst edir. İnternetdən hər kəs istifadə edir, amma müəyyən müddətə və işlərini görmək üçün. Ancaq sosial şəbəkələrdə özünə "həyat" quran insanları ciddi heç nə maraqlandırmır. Onlar tələsir ki, səhər yuxudan ayılan kimi internetə girib hər kəsə "cavab" yazsın. Bu tip insanlarda əsəb və stress yüksək olur. Şəkər xəstəliyi, xərçəng kimi xəstəlikər bu insnaları tez tapır. Səbəbləri bəllidir. Bəzən olur ki, bir evdə öz doğma qardaşına söz demək üçün bir otaqdan o biri otağa mesaj göndərir. Süfrə başında, dərsdə, işdə bir əli telefondadır. Bu, ağır xəstəlikdir. Bundan ayrılmağın yeganə yolu iradəli olmaq və düşdüyün bu pis vəziyyəti dəyərləndirə bilməkdir. Valideynlərə müraciət edirəm ki, əgər övladları virtual aləmin əsərinə çevriliblərsə, dərhal psixoloqa aparsınlar. Əks-halda, ağır fəsadlarla üzləşəcəklər. Ali məktəbə qəbul olan tələbə sevincini heç atasına, anasına da demir. Facebookda yazıb, sonra yaxınlarına da deyir. Bu, dəhşətli vəziyyətdir".

Samir

Bütün xəbərlər Facebook səhifəmizdə