Cəbrail Fərzəliyev: “Multikultural dəyərlərə ölkəmizdə hörmətlə yanaşılır"

Cəbrail Fərzəliyev: “Multikultural dəyərlərə ölkəmizdə hörmətlə yanaşılır"

"Azərbaycanın tolerant, multikultural dəyərlərə böyük önəm verməsi və bu sahədə ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət dünya birliyinə bir nümunədir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (GB) üzvü, gənc fəal Cəbrail Fərzəliyev ölkəmizdə mövcud olan multikultural dəyərlərin dünyaya təbliğ olunmasına münasibətini bildirərkən deyib.

"Multikulturalizm Azərbaycanda yaşayan müxtəlif millətlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunmasına, inkişafına, azsaylı xalqların milli mədəniyyətinə yönəldilib"-deyə qeyd edən YAP GB-nin üzvü bildirib ki, sözügedən faktor tolerantlığın təcəssümüdür və onsuz beynəlxalq münasibətlər, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Xüsusilə Azərbaycan gəncliyi bu faktoru dərindən öyrənir, bu sahədə maariflənir: "Multikulturalizm ölkə əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə yanaşır. Məhz buna görə də bu siyasəti təkcə siyasi elita deyil, eyni zamanda gənclər də dəstəkləyirlər. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş və həyata keçirilən tədbirlər sistemidir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər".

Cəbrail Fərzəliyevin fikrincə Prezident İlham Əliyevin bu ili "Multikulturalizm ili" elan etməsi gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin əksər sahələrdə fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək üçün düşünülmüş bir qərarıdır: "Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən multikultural gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Multikultural cəmiyyətdə hər bir gənc öz mədəniyyətini, dilini, ənənəsini, inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Multikultural mədəniyyət Azərbaycanda yaşayan bütün gənclərin cəmiyyətin və ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə, dövlət qurumları və hökumət nümayəndələri ilə açıq ünsiyyəti üçün şərait yaradır. Bu gün Azərbaycanda kultural mədəniyyətin müasir tələblər səviyyəsində formalaşması multikulturalizmin siyasətinin hüquqi müstəvidə də yerini müəyyən etmişdir".

YAP GB təmsilçisi son olaraq qeyd edib ki, Azərbaycan gəncliyi, xüsusilə Yeni Azərbaycan Partiyasının fəal gəncləri ölkənin parlaq gələcəyinin təminatçısı olaraq müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar: "Biz gənclər məhz bu uğurlu siyasətin ətrafında sıx biləşərək, dövlətin bizə olan etimadını səylə doğrultmağa çalışırıq, bundan sonra da çalışacağıq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə