Dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısında DƏYİŞİKLİK

Dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısında DƏYİŞİKLİK

Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik edilib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanuna edilən dəyişikliklərə əsasən, properdian Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb.

AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH -018, JWH -122, JWH -210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə respublika ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib.

Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4-metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) daxil edilib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə