Səlim Müslümov sakinləri fərdi qaydada qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda 5 rayonun sakinlərini fərdi qaydada qəbul edəcək
Səlim Müslümov sakinləri fərdi qaydada qəbul edəcək

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mayın 20-də saat 10:00-da Qazax rayonu Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Qazax, Ağstafa, Tovuz rayonları üzrə (022) 315-71-90, Gədəbəy və Şəmkir rayonları üzrə (022) 305-33-47 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılacaq və aidiyyəti üzrə tədbirlər görüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə