"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti"

Kitabının müzakirəsi keçirildi
"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti"

Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuş Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının (I və II cildi) müzakirəsi keçirildi.

2 saylı Bakı Baza Tibb Kollecində keçirilən müzakirəni giriş sözü ilə açan kollecin həmkarlar ittifaqının sədri Simuzər Zeynalova Ulu Öndər Heydər Əliyevin Azərbaycan siyasi natiqliyinin təşəkkül tapmasında mühüm rolu olduğunu qeyd edərək Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabında Onun nitq mədəniyyətinin elmi elm şəkildə üzə çıxarıldığını vurğuladı. Qeyd etdi ki, müəllif Azərbaycan nitq mədəniyyətinin inkişafında rolu olan Ümummilli Liderin dilini araşdırarkən Onun müxtəlif məzmunlu tədbirlərdəki, görüşlərdəki çıxışlarına nəzər salıb fundamental bir əsərin ərsəyə gəlməsinə nail olmuşdur:"Müəllif zəngin söz çalarlarına malik Ulu Öndərin nitqindəki fəlsəfilik, səmimiyyət, ardıcıllıq kimi elementləri araşdırıb, eləcə də Onun fərdi üslubunu elmi şəkildə diqqətə çəkib. Kitabın hər bir fəsli orijinallığı ilə fərqlənir. Belə ki, Heydər Əliyev kimi Dühanın nitqinə daxil olan ifadələri ümumi şəkildə qruplaşdıran N.Zamanov əsas nitq hissələrindən, köməkçi nitq hissələrindən, frazeoloji birləşmələrdən, əlavələrdən, təkrarlardan, neologizmlərdən Onun necə məharətlə və yerli-yerində istifadəsini məhz mənbələrə əsaslanaraq oxucusuna təqdim edir".

Tədbirdə çıxış edən kollecin Azərbaycan dili müəllimi Zemfira Müslümova qeyd etdi ki, müəllifinin ixtisasca həkim olmasına baxmayaraq, kitaba yazılan rəylərdən bəlli olur ki, elmi araşdırması dilçi-mütəxəssis alimlər tərəfindən rəğbətlə qarşılanıb və əməyi dəyərincə qiymətləndirilib. O, ilk dəfə olaraq Heydər Əliyevin nitqindəki məntiqi ardıcıllığın, poetik duyğuların, üslub xüsusiyyətlərinin geniş və əhatəli şəkildə öyrənildiyini diqqətə çatdırdı. Ümummilli Lider Heydər Əliyev nitqindəki bu və ya digər cəhətlərin kitabda geniş əks olunduğunu bildirərək müəllif tərəfindən kompleks şəkildə öyrənildiyini söylədi:"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı (I və II cildi) Ulu Öndərin nitq və çıxışları əsasında ərsəyə gəlib və Heydər Əliyevin nitqi geniş tədqiqat obyekti olaraq araşdırılmışdır. Müəllif bir sıra nitq elementlərinin Heydər Əliyev nitqində öz əksini tapdığını göstərərək, bu elementlərdən Onun necə peşəkarcasına istifadə etməsini diqqətə çəkmişdir".

Müzakirədə çıxış edən YAP Yasamal rayon təşkilatı 2 saylı Bakı Baza Tibb Kollecinin ərazi ilk partiya təşkilatının sədri Gülər Quluzadə "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının Heydər Əliyevə həsr olunmuş silsilə kitablardan biri olduğunu qeyd edərək, müəllifin Ulu Öndərin nitq mədənyyətini araşdırmasını, onu öyrənərək geniş ictimayyətə təqdimini dilçilik elmində böyük nailiyyət olduğunu bildirdi:"Belə bir Şəxsiyyətin dilini, nitqini elmi əsaslara söykənərək öyrənmək N.Zamanovun gərgin əməyi nəticəsində ərsəyə gəlib, bu məsuliyyətli əməyin arxasında böyük sevgi hissi dayanır".

Kollecin tədris işləri üzrə müdir müavini Vəfa Əliyeva çıxışında kitab haqqındakı fikirlərini bölüşərək sözügedən nəşrdə Heydər Əliyevi nitq mədəniyyətinin müəllif tərəflərdən aradıcıl olaraq öyrənildiyini diqqətə çəkərək, hər iki cildin dilçilik elmi tarixində rolunu qeyd edib, gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb edəcək elmi tədqiqat əsəri olduğunu bildirdi. "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı Azərbaycan dilinin nitq mədəniyyətinin inkişafında böyük rol oynayacaq.

Müzakilərdə fikirlərini ifadə edən tələbələr Dövlət Mükafatına layiq görülmüş "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı ilə tanış olduqlarını və bu ikicildliyin dilçilik elmini öyrənmək istəyənlər, eləcə də bütün oxucular üçün dəyərli vəsait olduğunu bildirdilər.

Müzakirədə bu nəşrin təqdim olunduğu yüksək mükafatı almağa tam layiq olduğu vurğulandı və N.Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı 2016-cı il üçün elm sahəsində Azərbaycan Respublikasının Ali Dövlət Mükafatına namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olundu.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə