“Hisslərin rəqsi” yarışmasına qeydiyyat başladı

“Hisslərin rəqsi” yarışmasına qeydiyyat başladı

"Hisslərin rəqsi" adlı cütlüklərin rəqs yarışmasına qeydiyyat başladı. SİA-nın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən bu yarışmaya hər bir gənc qatıla bilər.

Qaydalar: - Yarışmada bir qız və bir oğlan hazırladıqları rəqslə iştirak edəcəklər. - Qeydiyyatdan keçmiş ve seçilmiş 25 cütlük üçün tanıtım videosu hazırlanacaq və youtube kanalına yüklənəcək. Ən çox baxış sayı toplamış 7 cütlük yarışmaya vəsiqə qazanacaq. 3 cütlük isə peşəkar münsiflər tərəfindən seçiləcək. Toplam 10 cütlük yarışmada iştirak şansı qazanacaq. - Baxış sayı toplamaq üçün cütlüklərə 21 gün vaxt veriləcək. - Qeydiyyat zamanı cütlüklər onlara veriləcək blankı doldurmalı və rəqs edəcəkləri musiqini diskdə təqdim etməlidirlər. - Qeydiyyatın son tarixi 30.05.2016 / 18:00 da bitir.

Yarışmaya qatılacaq 10 cütlük münsiflər tərəfindən birinci,ikinci və üçüncü yerlərlə dəyərləndiriləcək.

Mükafat:

I yer: 500 AZN.

II yer: 300 AZN.

III yer: 200 AZN.

Qeydiyyatın son tarixindən sonra tanıtım videosunun çəkilmə tarixi və yeri yarışmaçılara bildiriləcək. Yarışmanın baş tutacaq tarixi və yeri isə 10 cütlük seçildikdən sonra iştirakçılara və tamaşaçılara bildiriləcək.

Qeydiyyatdan keçmək və əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqə nömrəsinə müraciət edə bilərsiz. Əlaqə nömrəsi: 050 770 70 44 Röyal Cəbiyev

Bütün xəbərlər Facebook səhifəmizdə