Sərnişinlər qapısı açıq qalmış avtobusdan sallanmış vəziyyətdə hərəkət edirlər. Bu hal Bakıdakı sərnişin avtobuslarının birində qeydə alınıb. Vəziyyətlə bağlı Bakı Nəqliyyat Agentliyindən bildiriblər ki, bənzər hallardan xəbərdardılar və yaxın vaxtlarda yeni ciddi islahatlara başlanacaq.
Qapısı açıq vəziyyətdə avtobusu idarə edir. Hətta az qalır ki, sərnişinlərdən biri avtobusdan yıxılsın.
Görüntülər 56 saylı maşrutdakı bir avtobusda çəkilib.Paytaxtın Səbail rayonu ərazisində Bayıl bazarından mədənlər istiqamətinə hərəkət edən bu avtobusu eyni yolla hərəkət edən başqa bir avtomobildəki şəxslər lentə alıb. Lakin bu vəziyyətə görə dispeçer sərnişinləri günahkar sayır.
Sürücülərdə avtobusların o şəkildə idarə olunmasında günahın məhz sərnişinlərdə olduğunu bildirirlər. Sərnişinlərin məsələyə münasibəti isə birmanlıdır. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuride Allahyarova isə qeyd edib ki, agentlik bənzər hallardan xəbərdardır və yaxın vaxtlarda qarşısını almaq üçün yeni ciddi islahatlara başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB