Azərbaycanın Tacikistandakı səfirliyində ümummili lider Heydır Əliyevin anadan olmasının 93-cü illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Tacikistan parlamentinin deputatları, Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov, Düşənbədə akkreditə olunan diplomatik nümayəndliklərin və beynəlxalq təşkilatların rəhbərləri, elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
Əvvəl ulu öndər Heydər Əliyevin səfirliyin qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoyulub, böyük siyasətçinin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov ulu öndər Heydər Əliyevin mənalı həyat yolu haqqında ətraflı məlumat verib. Səfir deyib ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. Diplomat Ulu Öndərin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçiliyimizin inkişafı istiqamətindəki fəaliyyətindən söhbət açıb.
Keçmiş SSRİ dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyini vurğulayan səfir deyib ki, məhz bu böyük siyasətçinin təşəbbüsü ilə Azərbaycanda kadr çatışmazlığını aradan qaldırmaq üçün hər il qabaqcıl təhsil ocaqlarına 800-1000 tələbə göndərilirdi. Ulu Öndər hərbi sahədə kadr çatışmazlığını həll etmək üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıb və bu gün uğurla fəaliyyət göstərir. Azərbaycan ordusunun aparıcı zabitləri, generallar bu məktəbin məzunlarıdır.
Səfir qeyd edib ki, 1993-cü ildə Azərbaycan siyasi xaos, vətəndaş müharibəsi təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda Azərbaycan xalqı Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etidyi illər ərzində ölkəmiz yenidən dirçəlməyə başlayıb, 1994-cü ilin may ayında Ermənistanla atəşkəs sazişi imzalanıb. Həmin ilin sentyabr ayının 20-də dünyanın aparıcı neft şirkətləri ilə müstəqil Azərbaycanın gələcək inkişafının əsasını qoyan "Əsrin müqaviləsi" imzalanıb. Sevindirici haldır ki, Azərbaycan bu gün sərmayə qəbul edən ölkədən sərmayə qoyan ölkəyə çevirlib.
Tacikistanın sabiq mədəniyyət naziri, akademik Karamatullo Olimov çıxışında 2002-ci ildə Bakıda MDB Mədəniyyət Nazirlərinin toplantısında Heydər Əliyevlə görüşünü xatırladıb və bildirib ki, bu böyük siyasətçidə geniş dünyagörüş, böyük iş təcrübəsi, uzaqgörənlik kimi müsbət cəhətlər gördüm və bu xüsusiyyətlər məhz böyük şəxsiyyətlərə xasdır.
Özbəkistanın Tacikistandakı səfiri Şohqasım Şoislomov, BMT-nin İnkişaf Proqramının milli məsləhətçisi Anatoli Holmatov və başqaları Heydər Əliyevi böyük siyasətçi, dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər.
Sonra Abbsəli Həsənov ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə jurnalistlər arasında "Heydər Əliyev – Müasir Azərbaycanın memarı və qurucusu" mövzusunda keçirilən ənənəv müsabiqənin nəticələrini elan edib, qaliblərə, eləcə də müsabiqənin digər iştirakçılarına diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB