İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Paraqvay Respublikasının prezidenti Horasio Kartesə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Paraqvay xalqına sülh və rifah diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə