Mayın 14-də Tərtər rayonunun Dəmirçilər kəndinə ilk dəfə təbii qaz verilib. SOCAR prezidenti Rövnəq Abdullayev qazın verilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak edib. Bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, 216 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 13 min 476 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17 min 186 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
SOCAR prezidenti R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edərək, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.
Qeyd olunub ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə "mavi yanacaq"la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin SOCAR rəhbərliyi təmsilçiləri, Tərtər rayon icra hakimiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB