Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin idarə heyətinin növbəti iclası keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, ofisin rəhbəri Aygün Həsənzadə iclası giriş sözü ilə açaraq, 2016-cı ilin ilk rübündə görülmüş işlər və qazanılmış uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, Mərkəzdə təşkil edilmiş müxtəlif təlim və seminarlarda 540 nəfər, klubların fəaliyyətində 110 nəfər iştirak etmiş, çoxlu sayda istedadlı gəncin iştirak etdiyi 4 sərgi və 2 festival təşkil olunmuşdur. Göstərilənlərlə yanaşı gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində aksiyalar təşkil olunmuş, habelə gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual səviyyələrinin artırılması məqsədilə yarış və müsabiqələr keçirilib. Göstərilənlərlə yanaşı qeyd olunub ki, Gəncə Regional Ofisinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Göygöl, Goranboy, Samux, Şəmkir, Qazax və Tovuz rayonlarında təqdimatların keçirildiyi, həmin ərazilərdən nümayəndələrin seçilməsi prosesi başlanıb.
Daha sonra Gəncə şəhərinin 2016-cı il "Avropa Gənclər Paytaxtı"seçilməsi ilə əlaqədar qarşıda duran vəzifələr, yeni təşəbbüslər müzakirə olunmuş, bir sıra irimiqyaslı tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.
Ofisin idarə heyətini üzvləri də çıxış edərək, Mərkəzin növbəti dövrdə həyata keçirə biləcəyi bir sıra işlər barədə fikirlərini bölüşüblər.
A.Həsənzadə Mərkəzin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən "Region gənclərinin inkişafına dəstək" adlı layihəsinin icrası ilə əlaqədar digər regionlarla yanaşı, Gəncə şəhərində görüləcək bir sıra fəaliyyətlər barədə təqdimat edərək, əməkdaşlar arasında vəzifə bölgüsünü aparıb.
Sonda Ofisin növbəti rüb üçün iş planı təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB