Düşmən Tərtəri atəşə tutur

Cəbhədə vəziyyət gərginləşdi
Düşmən Tərtəri atəşə tutur

Mayın 13-də saat 18.20 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qəzyan kəndinin ərazisini 120 millimetrlik minaatanlardan atəşə tutmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edilib ki, belə təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə