Bakıda 15-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi işini yekunlaşdırıb. SİA-nın məlumatına görə, sərgidə yerli və xarici eksponentlər dəmir yolu, dənizçilik, aviasiya, nəqliyyat-logistika və infrastuktur sahəsinə aid imkanlarını nümayiş etdirib.
Beynəlxalq tədbirdə bir çox dövlət şirkətləri ilə yanaşı, nəqliyyat, logistika, yükdaşımalar sahəsində fəaliyyət göstərən "ADY Express" MMC də öz stendi ilə təmsil olunub. "ADY Express"in pavilyonuna maraq olduqca böyük olub. Yükdaşımalarla məşgul olan bir çox xarici və yerli şirkətlər "ADY Express"in təklif etdiyi nəqliyyat marşrutlarına, yüklərin çatdırılma vaxtı və tariflərilə maraqlanıblar, işbirliyi təklif ediblər.
"ADY Express"in stendi sərginin ən çox ziyarət olunan stendi olub. Bu haqda sərgi təşkilatçıları şirkətin nümayəndələrinə sertifikat da təqdim ediblər.
Sərgi eyni zamanda yeni partnyorların tapılması və yeni tranzit yüklərin cəlb olunması üçün yaradılan meydandır. Keçirilən çoxsaylı görüşlərdə, aparılan danışıqlarda "ADY Express"in təklif etdiyi tranzit marşrutlarının üstünlükləri haqda ətraflı məlumat verilib, marşrutların qısa və daha sərfəli olduğu nümayiş etdirilib. "ADY Express" kampaniyasının nümayəndələri yeni tranzit yüklərinin cəlb olunması istiqamətində yeni addımlar atıblar.
Qeyd edək ki, 15-ci yubiley "TransCaspian" sərgisi dünyanın müxtəlif ölkələrini təmsil edən 75 şirkəti bir arada toplayıb. Sərgi iştirakçılarının 40 %-ni debütantlar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB