Şirvanlı şəhid torpağa tapşırıldı FOTOLAR

Şirvanlı şəhid torpağa tapşırıldı FOTOLAR

Şirvan şəhərində düşmənlə təmas xəttində şəhid olan əsgərimizin dəfn mərasimi keçirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 1996-cı ildə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuş Ərəbov Rahil Rafiq oğlu ötən gecə Ağcabədi rayonun Qiyaməddinli kəndində ermənilərin növbəti dəfə törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.

Şəhidimizin cənazəsi bu gün doğulduğu Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsindəki evlərinə gətirilib. Şəhid Rahil Ərəbov gənclərin "Şəhidlər Ölməz, Vətən Bölünməz" nidaları altında Şəhidlər Xiyabanında torpaqa tapşırılıb. Şəhidin dəfin mərasimində Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Mərasimə toplaşanlar şəhidin valideyinlərinə, yaxınlarına baş sağlığı veriblər, Allahdan rəhmət diləyiblər.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə