Xanbulanda vətəndaşlarla görüş

Xanbulanda vətəndaşlarla görüş

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 12-də Xanbulan kəndində keçirdi. SİA-nın məlumatına görə, əvvəlcə Xanbulan kənd icra nümayəndəsi Faiq Köçəriyev inzibati ərazi dairəsi barədə qısa məlumat verdib.

Sonra ayrı-ayrı sakinlər çıxış edərək, ilk növbədə, ölkədə gedən inkişaf proseslərinə, Lənkəran rayonunda həyata keçirilən quruculuq işlərinə görə, eyni zamanda, ərazidə yolların asfaltlaşdırılması, kəndara yollarının təmir edilməsi, Xanbulan kəndində yeni ikimərtəbəli məktəb binasının istifadəyə verilməsi, ərazinin başdan-başa qazlaşdırılması, Daştatük kəndində Bəşəruçayın üzərində yeni körpünün inşa edilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə, o cümlədən İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.

Daha sonra İcra başçısı vətəndaşların təklif və müraciətlərini dinləyib.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə hökm sürən möhkəm siyasi sabitlik və əmin-amanlıqdan, Xalq-İqtidar birliyindən, daxili və xarici siyasətdə əldə edilən uğurlardan, ərazi bütövlüyümüzün bərpası ilə əlaqədar xalqımızın vətənpərvərlik hissinin daha da yüksəlməsindən, əhalinin rifah halının yaxşıllaşdırılması üçün həyata keçirilən layihə və proqramlardan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlərdən ətraflı danışıb, ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri ilə bağlı məsləhət və tövsiyələrini söyləyib.

İcra başçısı sonda Xanbulan kənd inzibati ərazi dairəsinin mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə