Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı xeyli artıb
Ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin fərdi uçot sistemində qeydiyyata alınması onların gələcək sosial təminat və pensiya hüquqlarının formalaşmasına da imkan yaradır. ƏƏSMN-dan SİA-ya verilən məlumata görə, bu səbəbdən qeyd olunan şəxslərin sistemə marağı artmaqda davam edir.
Belə ki, cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan xarici ölkə vətəndaşlarının sayı 2129 nəfər artaraq 29 994 nəfərə çatıb. Həmin şəxslərdən 89,1 faizi kişilər, digərləri qadınlardır.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə sistemdə qeydiyyata alınan əcnəbilərin sayı 990 nəfər çoxalıb.
Hazırda fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilər sırasında Тürkiyə, Gürcüstan, Rusiya, Hindistan, İran, Çin, Banqladeş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşları daha çoxdurlar. Ümumilikdə sistemin əhatə etdiyi xarici ölkə vətəndaşları 120-ə yaxın ölkəni təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB