Sahibə Qafarova AŞPA-nın iclasında iştirak edir FOTO

Sahibə Qafarova AŞPA-nın iclasında iştirak edir FOTO

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün Almaniyanın Berlin şəhərində səfərdədir. SİA-nın məlumatına görə, dünən gender bərabərliyi mövvzusunda keçirilən konfransda AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri Maria Edera Spadoni, Almaniya Bundestaqının vitse-prezidenti Ulla Şmidt və Almaniya Bundestaqının üzvləri çıxış ediblər.

Konfransda çıxış edən AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova bu gün beynəlxalq sənədlərdə gender bərabərliyinin əsas hüquqlardan biri kimi təsbit edildiyini xatırladaraq beynəlxalq hüquqda qadınların xüsusi subyekt kimi dəyərləndirildiyini, qadınlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunduğunu vurğulayıb. Bununla belə, baş məruzəçi milli dövlətləri bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini daha da gücləndirməyə çağırıb. S.Qafarova gender bərabərliyi və qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq hüquqda mövcud olan hüquqi sənədlər, bu istiqamətdə görülən tədbirlər haqqında ətraflı məlumat verərək Avropa Şurası Parlament Assambleyasının bu məsələni həmişə prioritet kimi qəbul etdiyni, bu mövzuya həsr olunmuş çoxlu sayda konfranslar, müzakirələr təşkil etdiyini diqqətə çatdırıb.

Daha sonra S.Qafarovanın moderatorluğu ilə "İstanbul Konvensiyası: Berlin ratifikasiya yolunda" mövzusunda plenar iclas keçirilib. İclasda müzakirə olunan mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, İstanbul Konvensiyasının gender bərabərliyinin təmin olunması, qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı əhəmiyyəti, Konvensiyanı ratifikasiya etmiş ölkələrdə görülən tədbirlər və digər mövzularda dinləmələr olub. Dünən, həmçinin "Milli qanunvericiliyin İstanbul Konvensiyasına uyğunlaşdırılması perspektivləri", "Gender bərabərliyi ilə bağlı ən yaxşı təcrübələr" və digər mövzularda iclaslar təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə