Göygöldə şəhidin medalı ailəsinə təqdim olunub FOTOLAR

Göygöldə şəhidin medalı ailəsinə təqdim olunub FOTOLAR

Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini Sərxan Bağırov təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı bu gün ailəsinə təqdim olunub. Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif olunan 19 yaşlı əsgərin, hərbçi yoldaşları ilə düşmənə layiqli müqavimət göstərərək cəbhədə əldə olunan uğurlardan danışılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ötən ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfində həqiqi hərbi xidmətə yollanan Sərxan Bağırov Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət nəfəri kimi xüsusi xidmətləri ilə seçilib. Ailənin tək övladı olan Sərxan Bağırovun döyüş yoluna həsr olunan videoçarx nümayiş etdirilib. Bu günədək ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Göygöl rayonu 134 şəhid verib. Onlardan 3-ü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə