Çimərliklərdə monitorinqlərə başlandı

Çimərliklərdə monitorinqlərə başlandı

Məqsəd dəniz suyunda mədə bağırsaq xəstəliklərinin törədilməsinə səbəb olan bağırsaq çöplərinin normadan artıq olub-olmamasını müəyyən etməkdir. Nəticələr 2 həftə ərzində elan ediləcək. Standartlara cavab verən çimərlikləri müəyyən etmək üçün monitorinqlərə başlanılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları monitoriqnləri qanuni və qeyri-qanuni çimərlikdə aparırlar.

Monitorinqlər zamanı çimərlik zolaqlarının sanitar-texniki vəziyyəti yoxlanılır, götürülən su nümunələri fiziki, kimyəvi və toksikoloji müayinələrdən keçirilir.Məqsəd isə, dəniz suyunda mədə-bağırsaq xəstəliklərinin törədilməsinə səbəb olan bağırsaq çöplərinin normadan artıq olub-olmamasını müəyyən etməkdir.Monitorinqlərin nəticəsi isə çimərlik mövsümü başlayana qədər yəni, 2 həfətə ərzində elan ediləcək.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki,monitorinqlərin nəticələri ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılır.Qadağan olunan çimərliklərdən həm vətəndaşların istifadə etməməsi ,həmdə orada obyektlərin fəaliyyət göstərməməsinə nəzarəti isə Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirməlidirlər.

Bakı Şəhəri Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Abbas məsələ ilə bağlı Xəzər Xəbərə bildirdi ki,qadağan olunan çimərliklərdə iaşə obyektlərinin fəaliyyət göstərməsinin qarşısını almaq üçün onlara lisernziya verilməməli və Vergilər Nazirliyinin əməkdaşları Hüquq mihafizə orqanlarına müəraciət etməlidirlər.Ancaq,bu müraciətdən sonra o obyekltərin fəaliyyətinə son qoyula bilər.Qadağan olunan çimərliklərdən vətəndaşların istifadə etməsi məsələsinə gəldikdə isə,qurum rəsmisi bildirdi ki,polisin belə vətəndaşlara nəzərət etmə səlahiyyəti yoxdur.

Ötən il keçirilən monitorinqlər zamanı Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərindən başqa digər çimərliklər istifadəyə yararlı elan edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə