Mədəniyyət və Turizm Nazirliyi ilə Müdafiə Nazirliyi arasında razılaşmaya əsasən, Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri Şəmkirdəki N saylı hərbi hissədə olublar. Universitetdən bildirilib ki, ATMU-nun əməkdaşları dosent Məhərrəm Zülfüqarlı və Anar Fərmayılov hərbi hissənin zabit və əsgərləri qarşısında vətənpərvərlik mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə Azərbaycanın 3 min ildən artıq dövlətçilik tarixi, müxtəlif dövrlərdə xalqımızın işğalçılara qarşı mərdliklə mübarizə salnaməsi, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında misilsiz xidmətləri, Dağlıq Qarabağ probleminin həlli yolları, bu ilin aprelində ordumuzun şücaəti və digər məsələlər barədə geniş məlumat verilib.
Tədbirin sonunda ATMU-nun əməkdaşları hərbi şəhərcikdə təşkil olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB