Ağcabədidə təlimlərə start verildi

Ağcabədidə təlimlərə start verildi

Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisi və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində Peşə Təhsili üzrə Regional Məsləhət və Yardım Xidmətinin növbəti peşə təlimlərinə start verilib. Qurumdan SİA-ya verilən məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova 2015-ci ilin fevral ayından fəaliyyətə başlayan Məsləhət və Yardım Xidmətinin yaranma zərurətindən danışıb, görülən işlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, xidmətin cari 2016-cı ildə tikiş, toxuculuq, xalçaçılıq kurslarından ümumilikdə 50 nəfər həssas qrupdan olan qadın və aztəminatlı ailələrin övladları ödənişsiz əsaslarla faydalanacaq.

Qeyd edilib ki, iyul ayından təlimlərin ikinci mərhələsinə başlanılacaq ki, burada əlavə olaraq çörək-qənnadı kursları da fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə