Suvarma kanalı daşdı, Mingəçevirdə evlər su altında qaldı SƏS TV

Suvarma kanalı daşdı, Mingəçevirdə evlər su altında qaldı SƏS TV

Mingəçevir şəhərində gecə saatlarında yağan leysan yağışları nəticəsində onlarla fərdi yaşayış evləri palçıq içərisində qalıb.

Sel basmasına səbəb Yevlax Suvarma Sistemləri İdarəsinə məxsus Havarlı Suvarma kanalının daşması olub. Bunun nəticəsində Mingəçevirin Günəşli bağlar massivindəki həyətyanı evlər palçıq-lil içərisində qalıb. Sel nəticəsində sakinlərin evləri, həyətyanı sahələri, tərəvəzləri tam yararsız vəziyyətə düşüb. Evlərin içərisini, zirzəmisini palçıqlı su basıb. Yaranmış palçıq topasını isə sakinlər gecə saatlarından təmizləməyə başlayıblar. Kanalizasiya xətləri palçıqla dolub. Hazırda küçələrdə yaranmış palçıq əlindən uzun çəkmələrsiz hərəkət etmək mümkün deyil. Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində çalışırlar. Həyətlərdəki su su motorları vasitəsilə çəkilib, həmçinin kanalların lildən təmizlənməsi işləri həyata keçirilib. Günün sonuna kimi işlər tam yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə