Ümummilli liderin ideyaları əbədi yaşayacaq

Ümummilli liderin ideyaları əbədi yaşayacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. İnstitutdan bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin elmi katibi, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov Ulu Öndərin elmin, təhsilin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev həmişə elm, incəsənət və mədəniyyət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Digər çıxış edənlər də diqqətə çatdırıblar ki, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərini saymaqla bitirmək mümkün deyil. Ümummilli Liderin uğurlu xarici siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanıb. Bu müqavilə ilə Azərbaycan iqtisadi cəhətdən dirçəlib və ölkənin təhlükəsizliyi təmin edilib.

Ulu Öndərin müstəqil dövlətimiz və xalqımız üçün gördüyü işlər xüsusi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə