Hikmət Babaoğlu: "Heydər Əliyev Azərbaycan tarixində ən yeni eranın əsasını qoydu" AÇIQLAMA

Hikmət Babaoğlu: "Heydər Əliyev Azərbaycan tarixində ən yeni eranın əsasını qoydu" AÇIQLAMA

Ümummilli Lider siyasi fəaliyyəti nəticəsində Azərbaycançılıq idealogiyasını formalaşdırmağa nail oldu. Bunu SİA-ya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə fikirlərini paylaşan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

O, bildirib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi yenidən bərpa edən, onun idealoji, iqtisadi və siyasi əsaslarını formalaşdıran böyük dövlət xadimidir: "Heydər Əliyevin adını dövlətçilik şüuru ilə identifikasiya etmək olar. Ötən əsrin 90-cı illərində 5 min illlik yaşı olan Azərbaycan dövləti parçalanmış vəziyyətdə idi. Belə olan halda, xalqın güclü idarəetmə qabiliyyətinə malik liderə ehtiyacı vardı. O, hakimiyyətə gələrək pərakəndə halda olan dövləti inkişaf edən hüquq sisteminə çevirməyə müvəffəq oldu. Formal olaraq müstəqil olan ölkədə dövlətçilik ənənələrini formalaşdırdı.

Ulu Öndər özünü dövlətlə identifikasiya edəcək fərdlərin şüurunda inqilab yaratdı. Məlumdur ki, 90-cı illərin əvvəllərində ölkədə etnik, regional, sosial-idealoji separatçılığa söykənən tendensiya hökm sürürdü. Azərbaycan cəmiyyətinin daxili, mürəkkəb mikrostrukturunun təbəqələri heç də müstəqil dövləti milli sərvət kimi qəbul etmirdilər. Bu düşüncəni dəyişmək lazım idi. Heydər Əliyev bunu təmin etməyi bacardı.

Bu gün cənab Prezident İlham Əliyev Ulu Öndər siyasətinin layiqli varisi olaraq, xalqın etimadına söykənən siyasi fəaliyyəti ilə ölkəni ən qabaqcıl dövlətlər sırasına yüksəltməyə davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə