Son illərdə ölkəmizdə boşanma hallarının artması ciddi narahatlıq doğurur. Bununla bağlı həyata keçirilən məhkəmə işlərinin analizləri göstərir ki, müxtəlif amillərlə yanaşı, sosial şəbəkələrin də boşanmalarda rolu hələ də az deyil. Hesab olunur ki, ailələrdə konfliktli halların artmasında sosial şəbəkələrin rolu böyükdür. Özəlliklə xanımların həyat yoldaşlarının xəbəri olmadan sosial şəbəkələrdən istifadə, qurulan dostluq və digər ünsiyyət sonda ciddi ixtilafa gətirib çıxarır. Eyni zamanda kişilərin də analoji addımları həyat yoldaşları tərəfindən müsbət qarşılanmır.
Psixoloq Kamal Hacıyev hesab edir ki, nəinki sosial şəbəkələr, ümumiyyətlə, internet insanları bir-birindən uzaqlaşdırır, ünsiyyətdə soyuqluq yaradır: "Hazırda sosial şəbəkələr boşanmalarda müəyyən rol oynayır. Bütövlükdə internet insanlar arasında ünsiyyət problemi yaradır. Xüsusən də cütlüklər arasında. Əvvəllər evli cütlüklər bir-biri ilə daha çox canlı ünsiyyətdə olur, bir-birinin problemləri ilə daha yaxından maraqlanırdılar. Müasir dövrdə artıq internet cütlüklər arasında böyük bir boşluq yaradıb. Canlı ünsiyyət azaldıqca, insanların bir-birindən gözləntiləri artmağa başlayır. İnsanlar bir-biri ilə normal canlı ünsiyyət qurmadıqlarından, ailədaxili konfliktlər həll olunmamış qalır. Xırda bir detal belə böyük problemə çevrilir. Anlaşılmazlıq zaman keçdikcə böyüyüb ailələrin dağılmasına səbəb olur. Bu gün internetə çıxışı olan hər insan saatlarla orda rahat vaxt keçirə bilər. Bununla insanlar öz içindəki mənəvi boşluğu "doldurmağa" çalışırlar". Kamal Hacıyev hesab edir ki,
cütlüklər arasında probem yaranmaması üçün sosial şəbəkələrdən istifadə şəffaf olmalıdır: "XXI əsrdə yaşayırıq. İndi heç kim heç kimə yasaq qoya bilməz. Kişi sosial şəbəkələrdən istifadə edirsə və bunu "sinif yoldaşlarımla, tələbə dostlarımla ünsiyyət saxlayıram"la əsaslandırırsa, nəzərə almalıdır ki, qadının da sinif yoldaşı var. Sosial şəbəkələrdən istifadə sərbəst olmalı, ancaq gizli də olmamalıdır. Yaxşı olar ki, ər və arvad bir-birinin səhifələrinə, profillərinə sərbəst girə bilsinlər. Burada gizlətməli heç nə olmamalıdır. Bu dürüstlük sağlam münasibətlərin əsasını qoya bilər".
Sosial şəbəkələrin uşaq psixologiyasına təsirinə gəlincə, K.Hacıyev hesab edir ki, uşaqlar nəzarətsiz qalmamalıdır: "Valideynlər yeniyetmə və gəncləri sosial şəbəkələrdə yalnız qoymamalıdır. Onların azadlığına yersiz müdaxilə, "parolu ver, profilinə baxım" tipli basqılar da olmaz. Nəzərə alaq ki, yeniyetmələr şəxsiyyət kimi yetişkənlik mərhələsindədir və onlarla münasibətdə ehtiyatlı olmalıyıq. Ancaq onları nəzarətsiz də buraxmaq olmaz. Ən azı onlara məsləhətlət vermək olar. Onlara tövsüyyə edilməlidir ki, hansı saytlara girməsinlər, hansı qruplara üzv olmasınlar. Valideyn nəzarəti olmadan sosial şəbəkələrdən istifadə edən uşaqların insan alverçilərinin, terrorçu qrupların toruna dşüməsi ilə bağlı çoxsaylı faktlar var". Kamal Hacıyev uşaqların internetin zərərli təsirindən qorunmasında məktəbin və valideynlərin üzərində böyük məsulliyyət düşdüyünü deyib. Onun sözlərinə görə, artıq bəzi ölkələrdə artıq uşaqların zərərli kompüter oyunlarından uzaq tutulması üçün müəyyən tədbirlər görülür, orta məktəblərdə "İnternetdən necə isitifadə etməli" mövzusunda maarifləndirici dərclər keçirlir.
Aydın
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsi çərçivəsində dərc olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB