Britaniya Memarları Kral İnsitutunun (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk Beynəlxalq Memarlıq Mükafatına 30 binanın namizədliyi irəli sürülüb. Həmin tikililər arasında məşhur arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Bakıdakı Heydər Əliyev Mərkəzi də var. SİA-nın xəbərinə görə, beynəlxalq mükafata Çindən Kolumbiyaya, İrlandiyadan Azərbaycana qədər 20-dən artıq ölkədə binaların namizədliyi verilib.
"Pritzker" mükafatının sahibi, məşhur brtitaniyalı memar Riçard Rocersin rəhbərlik etdiyi münsiflər heyəti iyun-sentyabr aylarında namizəd binaları ziyarət edəcək.
Qeyd edək ki, Beynəlxalq Memarlıq Mükafatı üçün Heydər Əliyev Mərkəzi ilə yanaşı, Zaha Hadidin layihəsi olan başqa bir bina - Honkonq Texniki Universitetinin nəzdindəki Jokey İnnovasiya Klubu Qülləsi də namizəd seçilib.
Namizəd olan binalar sırasında müxtəlif tipli layihələr var: böyük şəhər infrastruktur layihələrindən tutmuş fərdi yaşayış binalarına, mədəniyyət mərkəzlərindən tutmuş ibadətgahlaradək.
Birinci mərhələdə 30 bina sırasından 20-si, son mərhələdə isə 6 tikili arasından qalib seçiləcək.
Mükafatın qalibi 2016-cı ilin dekabr ayında elan olunacaq.
Qeyd edək ki, RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır. RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onlar sırasında "Stirlinq mükafatı", "Kral Qızıl Medalı", "İlin evi" və s. var. 2016-cı ildən RIBA Beynəlxalq Mükafatı da təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB