Qusar rayon Meşə İdarəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar ağacəkmə kanpaniyasına başlayıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qusar Meşə Mühafizəsi və Bərpası Müəssəsi bu gün Umumilli Lider H.Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar Aşacəkmə aksiyası olub.
Qusar Meşə İdarəsindən verilən məlumata görə, ağacəkmə kanpaniyasında 1 hektar sahədə, 1600-dan çox tuya növünə məxsus ağac əkilib. Sonra ayrı-ayrı kollektivlərin iştirakı ilə kütləvi ağacəkmə kampaniyası ərazilərin digər yerlərində keçirilib. Mövsüm ərzində 1600-dən çox ağacın əkilməsi nəzərdə tutulub. Günün ikinci yarısına kimi bu aksiya davam edib. İdarədən verilən məlumata görə bu aksiya davam edəcək.
Emin Kerimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB