Bu gün Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə baş tutmuş tədbir çərçivəsində Universitetin və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə əməkdaşlığı ilə "Keçid əməliyyatı" adlı layihənin videoçarxının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə universitet rəhbərliyi, tələbələr, eyni zamanda Bakı şəhər Dövlət Yol Polisininin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Bildirilib ki, paytaxt yollarında piyada təhlükəsizliyini təmin etmək, vətəndaş məsuliyyətini artırmaq məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının və Qafqaz Universiteti tələbələrinin iştirakı ilə birgə reydlər keçirilib. Əldə olunan nəticələr ekranlaşdırılaraq videoçarx hazırlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, bu kimi maarifləndirici layihələr nə qədər çox olarsa, piyadaların öz təhlükəsizlik qaydalarına əməl etmək istəyi, bu yöndə diqqəti daha da arta bilər. Nəticədə yol qəza hadisələrinin, sürücü və piyada ölümlərinin azalmasına da şahid ola bilərik.
Eyni zamanda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Qafqaz Universitetinin daxilində yaradılan şəraitlə də tanış olublar.
Sonda layihədə yaxından iştiraka və verdiklərə dəstəyə görə bir neçə şəxsə təşəkkürnamələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB