“Heydər Əliyev Şəxsiyyəti” adlı dəyirmi masa keçirilib FOTOLAR

“Heydər Əliyev Şəxsiyyəti” adlı dəyirmi masa keçirilib FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə "Gənclər Evi"ndə "Heydər Əliyev Şəxsiyyəti" adlı dəyirmi masa keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov və fəal gənclər çıxış edərək Dahi Öndərin xilaskarlıq, quruculuq missisiyasından, bütün sahələrin inkişafına, gənc nəslə qayğısından, misilsiz xidmətlərindən, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirlərindən söz açıblar. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmiz siyasi sabitlik, iqtisadi yüksəliş yolu ilə hərtərəfli, dinamik inkişaf edir.

Çıxışlarda həmçinin bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhədə yaranan gərginlik nəticəsində ordumuzun qazandığı zəfərlər onu göstərir ki, güclü təməl üzərində yaradılan Azərbaycan ordusu böyük qələbələr qazanmağa qadirdir.

Tədbirdə "Heydər Əliyev" adlı sənədli film nümayiş etdirilib, Ulu Öndərə həsr olunan kitablar, sənədli materiallar, fotoşəkillərdən ibarət sərgi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə