“Sahil bağı”nda rəsm müsabiqəsi keçirilib SƏS TV

“Sahil bağı”nda rəsm müsabiqəsi keçirilib SƏS TV

Bu gün "Sahil bağı"nda Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səbail rayon məktəbliləri arasında hərbi-vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilib. SİA-nın xəbərinə görə, bayramsayağı düzəldilən "Sahil bağı"nda böyük abadlıq işləri aparılıb, park yenilənib, istedadlı gənclər tərəfindən özlərinin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilib, gənclərin sərbəst qaydada öz fantaziyalarına uyğun müxtəlif kompazisiyalar hazırlanıb.

100-dən çox məktəbli onlara ayrılan vaxt ərzində hərbi-vətənpərvərlik mövzusunda müxtəlif rəsmlər çəkiblər. Gənc rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsm çəkilişində müvafiq məsləhətlər veriblər.

Eyni zamanda parkda gənc rəssamların həmin mövzuda çəkdikləri rəsmlərdən ibarət sərgi nümayiş etdirilib, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Səbail rayon İcra Hakimiyətinin başçısı Eldar Əzizov, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayonin idarə, təşkilatlarının rəhbərləri, pedeqoji kollektivlərin və ictimaiyyətin nümayəndələri parkı gəzib, parkdakı sərgi, məktəblilərin çəkdikləri rəsmlər və burada yaradılan gül kompazisiyaları ilə tanış olublar.

Azərbaycan Rəssamlar İttifaqının, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon rəsmilərinin iştirakı ilə yaradılan münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən ediblər. Qaliblər Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar, sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar isə Səbail RİH və rəssamlar İttifaqının diplomları ilə mükafatlandırıblar.

Sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə