Aram Karapetyan: “Ölkəni fəlakətə salanların ətrafında birləşməkmi?”
"Bu gün hamı başqasına ağıl dərsi keçməyə çalışır. Ortada bir təklif var: bütün fikir ayrılıqlarını bir kənara qoyub Ermənistanın gələcəyi naminə hakimiyyətin ətrafında sıx birləşməli". Bunu jurnalistlərə açıqlamasında Ermənistanın "Yeni dövr" Partiyasının sədri Aram Karapetyan bildirib.
Partiya sədri açıqlamasına davam edərək bildirib ki, bu təkliflə qətiyyən razılaşmaq olmaz: "Çünki bu absurddur. Biz Ermənistanı bi hala salanların, insanları dilənçi, bir qəpiyə möhtac edənlərin ətrafında necə birləşə bilərik. Dağlıq Qarabağa səfər etmiş Levon Ter-Petrosyan da Sarkisyanın ətrafında birləşməyin yeganə çıxış yolu olduğunu deyir. Axı, illər uzunu erməni xalqını çapıb-talayan, payına göz dikən, Ermənistanı sonu görünməyən uçuruna aparan, yalnış öz ətrafını və şəxsi maraqlarını qoruyan bir şəxin yanında necə ola bilərik?".
Aram Karapetyan maraqlı bir sual da verib: "Sarkisyan hakimiyyətini Qarabağ kartı üzərində qurub. Ölkədə vəziyyət qarışan kimi cəbhədə vəziyyət gərginləşir. Bəs Sarkisyan Qarabağın müstəqilliyini niyə tanımır? Niyə uzadır? Əslində o müharibəni uzatmaqla öz hakimiyyətinin ömrünü uzadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB