DTX əməkdaşları Heydər zirvəsinə yürüş ediblər FOTO

DTX əməkdaşları Heydər zirvəsinə yürüş ediblər FOTO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Heydər zirvəsinə yürüş ediblər. Xidmətin saytı xəbər verir ki, yürüş iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Sonra Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan Heydər zirvəsinə yürüş başlanılıb. Yürüş Qızıl Qaya massivinin ətəklərində davam etdirilib və çətin keçidləri olan zirvəyə qalxmaq üçün hazırlıq məqsədilə həmin ərazidə düşərgə salınıb. Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə yüksək idman əhval-ruhiyyəsi ilə mayın 8-də Ulu Öndərin adını daşıyan Heydər zirvəsinə qalxaraq Ümummilli Liderin əziz xatirəsini yad edib və Azərbaycanın dövlət bayrağını ucaldıblar.

Artıq xoş ənənəyə çevrilən belə tədbirlər müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin xatirəsinə xalqımızın böyük ehtiramının parlaq nümunəsidir. Bu, eyni zamanda, ölkəmizdə idmana, onun ekstremal növlərinə və gəncliyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə