Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat festivalı keçirilib

Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat festivalı keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə İsmayıllıda şahmat festivalı keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin, şahmat məktəbinin, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən festivalın açılışında çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində idmana yüksək diqqət və qayğı göstərdiyini bildiriblər. Natiqlər bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan idmaçılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıblar.

Olimpiya sistemi ilə keçirilən yarışda 7 nömrəli orta məktəbin müəllimi Cahangir Niftalıyev birinci, Qarabağ müharibəsi veteranı Mikayıl Məmmədov ikinci, həmin məktəbin şagirdi Şamil Fətəliyev isə üçüncü yeri tutublar.

Qaliblərə təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin hədiyyələri və fəxri fərmanları, gənclər və idman idarəsinin diplomları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə