Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Xarkov-Bakı sərnişin qatarı ilə Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə qanunvericiliyə uyğun olaraq gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsi məlumat verir ki, yoxlama zamanı həmin şəxsə aid əl çantasının içərisində gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd pnevmatik tapança, onun üçün nəzərdə tutulan 8 ədəd qaz balonu və 2 qutuda 1000 ədəd kürəciklər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB