Bu gün Təbriz Universitetində Şuşanın işğalının ildönümünə həsr edilən "İslam torpağı" mövzusunda "dəyirmi masa" təşkil olunub. Universitet tərəfindən təşkil olunan "dəyirmi masa"da İrandan və Azərbaycandan bir sıra ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və elm nümayəndələri iştirak ediblər.
Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi çıxış edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyib. O bildirib ki, xalq İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamneyinin fikirlərini rəhbər tutaraq din qardaşlarına yardım etməlidir.
Tədbirdə, həmçinin Qarabağ şəhidləri haqqında kitabın təqdimatı olub.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB