Lənkəranda veloyürüş keçirildi FOTOLAR

Lənkəranda veloyürüş keçirildi FOTOLAR

Mayın 7-də Lənkəran Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə velosiped yürüşü keçirilib. SİA-nın məlumatına görə, yürüşə Lənkəranın Dövlət Bayrağı meydanından start verilib. Velosipedçilər Heydər Əliyev prospekti ilə hərəkət edərək Ümummilli Liderin adını daşıyan Xatirə Parkınadək məsafə qət edibər.

Veloyürüşdə müxtəlif yaş qruplarını təmsil edən rayonun 100-dək sakini iştirak edib.

Sonda veloyürüş iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ulu Öndərin memorial muzeyinə baş çəkiblər. Mərkəzin direktoru Seyidzadə Şəfiyeva onlara Heydər Əliyevin şərəfli ömür yolu haqqında məlumat verib, veloyürüşçüləri Ümummilli Liderə həsr olunmuş ekspozisiya ilə tanış edib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə