ATGTİ-nin Ekologiya İşçi Qrupu"5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü" münasibəti ilə "Yaşıl" Selfie şüarı altında müsabiqə elan edir. ATGT-dən SİA-ya verilən məlumata görə, yaşıl təbiətin gözəlliyini, ekoloji təmiz ətraf mühiti əks etdirən selfie foto çəkib yarışmaya qoşulun, qalib olun və hədiyyə qazanın!
Göndərilən şəkillər ATGTİ-nin rəsmi "Facebook" səhifəsində yerləşdiriləcək. İki mərhələdən ibarət olacaq müsabiqənin birinci mərhələsi 3 iyun saat 23:59-dək davam edəcək və ən çox bəyənilən (like toplayan) ilk 10 foto ikinci mərhələdə iştirak şansı qazanacaq. Nəzərinizə çatdıraq ki, saxta səslər toplayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar.
Birinci mərhələdə ən çox səs toplamış 10 foto münsiflər heyətinə təqdim olunacaq və 10 foto arasından qalib müəyyənləşdiriləcək.
Fərqlənən iştirakçılar sertifikatla, ilk 3 yerin qalibi isə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin keçirilmə tarixi və qaydalar:
İştirakçılar 23 may saat 23:59-dək "selfie" fotolarını [email protected] ünvanına ad, soyad, əlaqə telefonunu qeyd etməklə göndərməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB