Azərbaycan Nazirlər Kabineti "Viza blankının doldurulması Qaydası"nın, "Viza almaq üçün ərizə-anket"in nümunəsinin və "Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti"nin nümunəsinin təsdiq edilməsi haqqında" qərarına dəyişikliklər edib. SİA-nın Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza almaq proseduru müəyyənləşdirilib və Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anketin nümunəsi təsdiq edilib.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB