Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərərgahında yazıçı-publisist, "Qızıl qələm" mükafatının laureatı, "Xan qızı Natəvan" mükafatı laureatı, "Araz" ədəbi ali mükafatı laureatı, Milli Kulturoloji müsabiqəsinin mükafatçısı, Rəsul Rza adına beynəlxalq mükafat lauretına layiq görülmüş yazıçı-publisist Zöhrə Əsgərova ilə gənclərin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Zöhrə Əsgərova Azərbaycan mədəni irsinin, tarixi toponimlərinin düşmən qonşumuz tərəfindən özününküləşdirilməsindən söz açıb. O, öz çıxışında erməni terrorizimini ifşa etməkdə gənclərin üzərinə düşən məhsuliyyəti vurğulamış, gəncləri bu işdə fəal olmağa çağırıb.
Yazıçı-publisist müəllifi olduğu bədnam qonşularımız ermənilərin işğalçı planlarından bəhs edən "Tarixi yaddaş və qondarma əhvalatlar" kitabı haqqında məlumat vermiş və görüşdə iştirak edən gənclərin suallarını cavablandırıb.
Sonda Zöhrə Əsgərovaya 65 illiyi münasibəti ilə ATGTİ tərəfindən mükafat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB