Bu gün Nəqliyyat Nazirliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, dahi liderin anma mərasimi Ulu Öndərin Nəqliyyat Nazirliyinin həyətindəki büstünün önünə gül dəstələri qoyulması ilə başlayıb.

Tədbirdə çıxış edənlər müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlət quruculuğu, respublikamızın beynəlxalq arenada tanınması, ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, respublika vətəndaşlarının sosial həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlərdən, onun böyük bir dövlət xadimi kimi dünyadakı nüfuzundan, Heydər Əliyev siyasi irsinin bugünkü uğurlu davamından, Ulu Öndərin Azərbaycan tarixindəki rolundan danışıblar. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının müstəqillik yolunda qarşılaşacağı çətinlikləri hələ o dövrlərdə görür, sovet totalitar rejiminin sərt təzyiqlərinə baxmayaraq bu günümüz üçün ən qlobal problemləri məharətlə həll edir, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə şərait yaradır, Azərbaycanın strateji maraqları naminə ciddi addımlar atmaqla bugünki dövlət müstəqilliyimizin möhkəm təməlini qoyurdu.Bu şəxsiyyətin böyüklüyünü, onun xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərin mahiyyətini tam dərk etmək üçün zaman tələb olunur.Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə ümummilli liderimizin kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır. Bü Heydər Əliyevin ideyalarının real bəhrəsi, onların geçəkləşməsidir.
Tədbirdə vurğulanıb ki, bu gün hər bir Azərbaycan vətəndaşının ən böyük amalı Heydər Əliyev ideyalarının yaşadılması və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB