Mayın 10-da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə "Lider" televiziyasının çəkdiyi "Unudulmaz" sənədli filminin təqdimat mərasimi keçiriləcək. Mərkəzin mətbuat xidmətindən bildirilib ki, "Unudulmaz" filmi Ümummilli Liderin ABŞ-ın Klivlend şəhərində olduğu günlərə həsr edilib. Jurnalist Elnur Niftəliyevin müəllifi olduğu bu filmdə Azərbaycan tamaşaçısı Heydər Əliyev ömrünün Klivlend səhifəsi ilə tanış ola biləcək.
Tamaşaçıların indiyədək izləmədiyi, eşitmədiyi maraqlı məqamlarla zəngin olan bu filmdə Ulu Öndərin həkimlərindən özəl müsahibələr və digər məqamlar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB