YAP Yevlax Ulu Öndərlə bağlı silsilə tədbirləri davam etdirir FOTOLAR

YAP Yevlax Ulu Öndərlə bağlı silsilə tədbirləri davam etdirir FOTOLAR

Bu gün tədbirlər planına uyğun olaraq YAP Yevlax rayon təşkilatı ilə Yevlax şəhər Təhsil Şöbəsinin birgə elan etdiyi məktəblilər arasında inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Yevlax şəhər icra hakimiyyəti başçısının müavini Elnarə Məmmədova, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyətindən geniş söhbət açdılar. Onlar şagirdlərdə Ulu öndər Heydər Əliyev məhəbbətinin bu cür təntənəsini yüksək qiymətləndirərək məhz bu mövzuda müsabiqədə iştirak etdiklərinə görə şagirdlərin hər birinin qalib olduqlarını qeyd etdilər.

Sonra YAP Yevlax rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev artıq ənənəvi hal almış hər il təşkil olunan bu cür yazı müsabiqələrinin məqsədini izah edərək bildirdi ki, biz Yeni Azərbaycan Partiyası olaraq bu müsabiqələri təşkil etməkdə həm Ulu öndərimizin əbədiyaşar irsini gənc nəslə daha yaxşı aşılamağa çalışırıq. Həm də fitri istedada malik gənclərimizi müəyyən edərək onların inkişafına zəmin yaradırıq.

"Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir", "Tarix və xalq Heydər Əliyevi hər zaman yaşadacaq", "Heydər Əliyev və ordu quruculuğu" mövzularında keçirilən Müsabiqə məktəblərdə keçirilmiş turlarda fərqlənən 50 nəfər şagirdin iştirakı ilə iki saat ərzində davam etdirildi. Nəticələri müəyyən etmək üçün inşalar qiymətləndirmə komissiyalarına təhvil verildi. Müəyyən olunmuş 3 yer üzrə qalib gələn şagirdlər Yevlax Şəhər Təhsil şöbəsində keçirilən yekun konfransda mükfafatlandırıldı.

Qaliblərə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə